“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


17.02.2020  14:52 

ABŞ qorxulu raketini sınaqdan keçirdi





A+  A-

ABŞ Hərbi Dəniz Qüvvələri “Trident II” ballistik raketini döyüş başlığı olmadan sınaqdan keçirib.
XəzərNews.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, raket Kaliforniyanın San-Dieqo şəhərinin sahilindəki “Ohayo” sinifli “USS Maine” sualtı qayığından (SSBN-741) atılıb.

Hərbi Dəniz Qüvvələrinin qeyd etdiyi kimi, strateji silah sisteminin etibarlılığı və düzgünlüyünü qiymətləndirmək üçün mütəmadi olaraq sınaqlar keçirilir. “Trident II” gözlənilən sistem performansını təsdiqləyib, raketin etibarlılığı və dəqiqliyi, həmçinin xüsusiyyətləri haqqında əlavə məlumat əldə edilib.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələri son olaraq 2019-cu ilin sentyabrında “Trident II” raketlərinin planlaşdırılmış dörd sınağını keçirmişdi. Raketlər 2024-cü ilədək istifadə üçün nəzərdə tutulmuşdu. Onlar təkmilləşdirildikdən sonra istifadə müddəti 2040-cı illərə qədər uzadılıb.

Xəbər 1484 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +