“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.04.2017  19:43 

“Özümə qəsd edəcəyəm” - MTN polkovniki





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov ifadə verərək deyib ki, zərəçəkənlərin qərəzli ifadələri əsasında həbs olunub: "Texnikabank işi"ndə Hüseyn Səfərov və Nizami Kazımov cinayət törətmişdi. Onlar vətənfaşlardan pul toplayıb bankın "Bakı" filialının rəhbəri Zal Yusifova vermişdi. Zal da o vəsaiti banka daxil etmədən öz şəxsi məqsədləri üçün istifadə edib. Bunun əvəzində Nizami və Hüseyn ondan 6 faiz aylıq alıblar. Onun da 2 faizini pul sahibinə, 4 faizini özlərinə götürüblər. Nizami Kazımov istintaqa ifadəsində bunu etiraf etmişdi. Bir neçə aydan sonra faiz kəsiləndə həmin pulları toplanılan vətəndaşlar şikayət etdilər. Zalla yanaşı Hüseyn və Nizami də həbs edildi.

Şikayətçilər Prezident Aparatının qarşısında aksiya keçirib dəyən ziyanın ödənilməsini tələb edirdilər. Nizami və Hüseyn dəyən ziyanı ödədikdən sonra barələrindəki həbs qətimkan tədbiri dəyişdirildi. İstintaq Hüseyn Səfərovun işindəki 14 zərərçəkəndən yalnız onun qohumları olan 6 nəfəri dindirob, bizim leyhimizə olanları dirməyiblər. İndi isə bunlar MTN-nin düşdüyü vəziyyətdən istifadə edib məndən qisas alırlar. Əgər Nizami Kazımov və Hüseyn Səfərov barəsindəki 615 saylı cinayət işinə baxış keçirilməsə özümə qəsd edəcəyəm. Bunun da günahı məhkəmənin üzərində olacaq. O, cinayət işinin araşdırılmasını istəməyən şəxslər var, onlar mənə sui-qəsd edəcəklər".

V.Ələkbərov deyib ki, H.Səfərovun ona bağışladığı silah istifadəyə yararsız olduğu üçün atıb: "Buna görə mənə ittiham vermək lazım deyil. O silahdan alıb verərəm".

MTN polkovniki xidmət ərzində heç kimdən rüşvət almadığını, pul tələb etmədiyini deyib: "2009-cu ildə ev növbəsinə dayandım, amma mənə ev verən olmadı. Məcbur olub ipotekayla ev götürdüm, 6 il hər ay 400 manat kredit ödədim".

Məhkəmə prosesi mayın 12-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 1293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +