Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.10.2023  08:23 

“Bu Mərkəz qardaşlarımızın bizə çox dəyərli hədiyyəsidir”, - QMİ sədri





A+  A-

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərində göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdardır.

Xəzərnews.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XXI sessiyasının iclasında deyib.

“Hazırda Azərbaycan BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının 4 məşhur qətnaməsi əsasında öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə dağıdılmış mədəni və mənəvi irs obyektlərini, o cümlədən vandalizmə uğramış məscid, kilsə və məbədləri bərpa edir.

Azərbaycana bərpa işlərində, yenidənqurma layihələrində, minatəmizləmədə yardım və dəstək verən bütün ölkələrə minnətdarıq. Xüsusilə də qardaş Qazaxıstana Füzuli şəhərində tikilmiş Kurmanqazı Yaradıcılıq İnkişaf Mərkəzi ərməğanına görə dərin minnətdarlığımızı bildiririk”, - Paşazadə bildirib.

O xatırladıb ki, ötən il ölkəmizə səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə bu Mərkəzi ziyarət edib.

“Bu Mərkəz qardaşlarımızın bizə çox dəyərli hədiyyəsidir”, - QMİ sədri vurğulayıb.

Xəbər 7345 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +