Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.12.2022  15:16 

Bayram Niftəliyev işdən niyə çıxarılıb? - Açıqlama





A+  A-

Füzuli rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsindən azad olunan Bayram Niftəliyev açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, onun açıqlamada məqsədi haqqında yayılan qeyri-dəqiq informasiyalara münasibət bildirmək olub:

“Saytlarda yazılana görə işğaldan azad olunmuş ərazilərə müvafiq icazə olmadan, qanunsuz səfər etdiyimə görə işdən azad olunmuşam. Ancaq gerçəklik isə tamam başqadır. Məni tanıyanlar bilirlər ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən işğal altında olan torpaqlarımız işğaldan azad edildikdən sonra mütəmadi olaraq işğaldan azad edilmiş Füzuli rayonuna səfərlər etmişəm. Füzuli rayonuna səfər etmiş yüksək rütbəli dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəsmilərini, yerli və xarici kütləvi informasiya vasitələrinin əmədaşlarını, bologerləri, QHT rəhbərlərini rayondan olan rəsmi şəxs kimi müşaiyət etmişəm. Həmin səfərlər zamanı 30 ilə yaxın işğal dövründə erməni vandalizminə məruz qalmış mədəniyyət abidələri, dini abidələr, məktəblər, kitabxanalar, infrastruktur obyektləri və.s barədə danışmışam, yerli və xarici telekanallara bununla bağlı müsahibələr vermişəm. İşğaldan azad olunmuş Füzuli rayonuna rəsmi səviyyədə dəfəllərlə səfərlər etmiş birinin həmin yerlərə qanunsuz, gizli getməsi tamamilə absurddur”.

B.Niftəliyev sonda əlavə edib ki, görünür, onunla bağlı cəza verənin ədalət tərəzisi əyilib.





Xəbər 2828 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +