Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.11.2022  13:25 

Sabiq millət vəkilinin adından məqalə yazıblar - Fakt





A+  A-

Sabiq millət vəkili, iş adamı Nazim Bəydəmirli onun adından məqalə yazıb "qonarar" uman "jurnalistlərə" müraciət edib.

XəzərNews.az xəbər verir ki, N.Bəydəmirli son günlər davamlı olaraq müxtəlif sayt rəhbərlərindən votsap nömrəsinə mesajlar gəldiyini, təriflərdən az qala qulağının "mazol" olduğunu bildirib:

"Xalalar, əmilər, dayılar və bibilər yaşında olan şəxslər məndən maddi kömək istəyirlər. Peşələrinə baxmayaraq mən də bir sadə azərbaycanlı kimi müraciət edənlərə kömək etməyə çalışıram, ancaq kütləvi şəkildə hər kəsə kömək etmək imkanımız da yoxdur, ona görə yazdım ki, xəbərdar olasınız".

Sabiq millət vəkili əlavə edib ki, belə bir yazı qabağınıza çıxsa bilin ki, mən heç vaxt hər hansı yazını jurnalistlərə yazdırmıram, saxta və yalan olan materialların altında da imzam olmayıb:

"Belə başa düşdüm ki, kimsə məni indiki Milli Məclisimizdə "ASANlaşdırılmış mandat" hədiyyə olanlarla səhv salıb və "qonorar" arzusunda olub... Həm gülməlidir, həm də ağlamalı!"



Xəbər 2435 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +