Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.11.2022  12:06 

Urmiya gölündə uran var? - Professordan açıqlama





A+  A-

Urmiya gölünün qurumasının iki səbəbi var. Bunlardan birincisi təbiətlə bağlıdır. Digəri isə insanların müdaxiləsidir. Aral gölü də bu cür qurudulmuşdu. Gölə axan çayların axarı dəyişdirildi, bununla da göl qurudu, ekoloji vəziyyət pisləşdi. Eyni vəziyyət Urmiya gölü ilə bağlıdır.

Bu sözləri "Urmiya gölünün qurudulması" mövzusunda ictimai müzakirədə türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov söyləyib.

Professor deyib ki, gölün qurudulmasından sonra oradakı azərbaycanlının başqa yerlərə köçülürməsi fikri var. Eyni zamanda, istəyirlər ki, su tamamilə çəkildikdən sonra oradakı uranı əldə edə bilsinlər. Bundan əlavə, suvarılma üçün Urmiya gölünə axan çayların istiqaməti dəyişdirilib.

F.Cəlilovun sözlərinə görə, İranda yaşayan azərbaycanlıların başqa problemləri də var. O qeyd edib ki, 1500 il türklərin idarə etdiyi İran 100 il əvvəl Pəhləvilərin əlinə keçdi. Bununla da azərbaycanlılar təhqir olunub, onların başlarına hər cür oyun gətirilib. Hətta məktəblərdə Azərbaycan dilindən istifadə edən uşaqlara da təzyiq olunub./AZƏRTAC

Xəbər 2387 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +