Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.11.2022  15:04 

Mahir Quliyevin səhhəti pisləşib





A+  A-

Həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhəti pisləşib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Ceyhun Yusifov məlumat verib. Müdafiəçi qeyd edib ki, Mahir Quliye həbs olunmamışdan 10 gün öncə kəskin infarkt keçirib: "Ürəyinə 3 ədəd stend qoyulub. Şəkərli diabet, ürək çatışmazlığı və hepatit C xəstəliyindən əziyyət çəkir. Həbsdə olduğu müddətdə koronavirusa yoluxub və 2 ay komada qalıb. Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulub.

Bakıda Reabilitasiya Mərkəzində çənə sümüyünün cərrahi əməliyyatı olunub. Onkoloji şübhə olduğu üçün biopsiya alınıb. Hazırda vəziyyəti zəif və halsızdır. Təngnəfəslik, yüksək təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində müalicələr alır”.

Qeyd edək ki, M.Quliyev 2020-ci il aprelin 29-da DTX-nin keçirdiyi əməliyyatla saxlanılıb. O, mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. O, səhhəti ilə əlaqədar olaraq cəzaçəkmə müəssəsinə köçürülə bilməyib.

Xəbər 2428 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +