Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.11.2022  12:19 

Azərbaycanlı milyonçular Qarabağ üçün qurban verərdilərmi?





A+  A-

“Sentyabrın 1-də Xankəndiyə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur”.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

"Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Bizi xaricdə yaşayan milli iş adamlarımızın azad olunan torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına uyğun sərmaye qoymaması da narahat etməlidir.

Azərbaycanlı milyonçular xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı?

Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə, dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”, - deyə komitə sədri çağrış edib.

Xəbər 2493 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +