Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.11.2022  14:02 

Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb





A+  A-

Noyabrın 28-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov xarici jurnalistlərlə görüşüb.

XəzərNews.az MEDİA-ya istinadən xəbər verir ki, görüş zamanı Əhməd İsmayılov Azərbaycanda media sahəsində həyata keçirilən islahatların gedişatı, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu və Media Reyestrinin mahiyyəti barədə qonaqlara ətraflı məlumat verib.

O, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərdən bəhs edib.

Görüşdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Ramil Tağıyev media sahəsində əməkdaşlıq formatları və xarici media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi kimi məsələlərə diqqət çəkib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyinin və müsbət dinamikasının artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə media sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xəbər 2605 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +