Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.11.2022  10:07 

Meyxanaçı Rəşad Dağlı qonşusunu öldürüb





A+  A-

Tanınmış meyxanaçı Rəşad Dağlı Bakı şəhəri ərazisində qətl törədib.

Hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb.

Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər.

Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad (Dağlı) Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər./"Qafqazinfo"

Xəbər 2603 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +