Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.06.2022  19:27 

Hotellərdə qiymət bahalaşdı - Bakıda





A+  A-

Son günlər Bakıda “Formula 1” yarışları ilə əlaqədar hotellərdə qiymət artımı müşahidə olunur. Araşdırmalarımız nəticəsində bu qənaətə gəldik ki, ilin digər vaxtları ilə müqayisədə hazırda hotellərdə qiymətlər daha yüksəkdir: iki nəfər üçün 6 gecə 7 gün istirahət, otelin şəraitindən asılı olaraq, 146 - 2300 manat arasında dəyişir.

Məsələ ilə əlaqədar açıqlamasında Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bildirib ki, hazırda Bakıda hotellərdə qiymətlər yüksəkdir:

““Formula 1” yarışları pandemiyadan sonra paytaxtımız ilk dəfə tamaşaçıları qəbul edəcək. Qonaqların sayı çox olduğuna görə qiymətlər də buna uyğun olaraq yüksəkdir. 2019-cu illə müqayisədə qiymətlər demək olar ki, eynidir. “Formula 1” yarışlarından 2 gün öncə və 2-3 gün sonraya qədər hotellərdə qiymətlər, eyni zamanda doluluq yüksək olur”.

Günel Sağlam onu da vurğulayıb ki, xarici qonaqlar ən azı 1 həftə istirahət üçün burada qalırlar: “İnternetdə də axtarış versəniz görəcəksiniz ki, məlum tarixlərdə otel biletləri bron edilib”. /publika.az

Xəbər 3916 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +