Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.02.2022  12:49 

Qadın narkotacir və daha 2 nəfər saxlanıldı - Video





A+  A-

Nəsimi rayonunda narkotik vasitələrin satışını həyata keçirən qadın narkotacir və daha 2 nəfər saxlanılıb.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb, ondan 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.

Paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Abşeron rayon sakini Şahin Qurbanov və Lalə Məmmədova saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 qrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər. Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Elvin Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbər 3549 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +