Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.01.2022  12:18 

Gecə klubunda DAVA ilə bağlı açıqlama





A+  A-

Paytaxtın Nizami rayonunda "X-Life" gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi dava baş verməsi barədə məlumat yayılıb.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, insident ölkəyə turist kimi gələn 4 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib.


Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədikləri bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar.

Qeyd edək ki, ilkin məlumata görə, klubdakı insident obyektin gecə 12-dən sonra fəaliyyət göstərməsi ilə bağlı başlanmışdı.

Xəbər 3193 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +