Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.01.2022  11:51 

Gecənin cinayətləri - Oğurluq...





A+  A-

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə yanvarın 21-nə keçən gecə N.Hacıyev küçəsindəki apteklərin birindən 700 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Qasımov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

***

Salyan Rayon Polis Şöbəsinə yanvarın 26-da saat 2 radələrində Bəydili kənd sakini N.Əzizovun “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qohumu, Qızılağac kənd sakini N.Eyvazov müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

***

Kəpəz Rayon Polis İdarəsinə yanvarın 25-də Nizami prospektindən Bakı şəhər sakini T.Ağazadənin “VAZ-2121” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakinləri, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılmış, digər bir nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Kəpəz RPİ-də araşdırma aparılır.

***

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə yanvarın 25-də 32-ci məhəllə ərazisindən şəhər sakini Q.Əhmədovun “Opel” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Nöhbalıyev müəyyən edilərək saxlanılmışdır.

Sumqayıt ŞPİ-də araşdırma aparılır.

Xəbər 3181 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +