Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.01.2022  13:14 

Bakıda 3 avtobus toqquşdu: sürücü xəsarət alıb





A+  A-

Bakıda 3 avtobus toqquşub, xəsarət alan var.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün səhər saat 06:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu ərazisində Suraxanı dairəsində bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 3 avtobusun iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Məmmədov Rəvan Fazil oğlunun idarə etdiyi “Daewoo” markalı avtobusda sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqları vasitəsilə sıxılı vəziyyətdə qalmış avtobus sürücüsünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbər 3296 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +