Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.11.2021  11:41 

Bakıda avtobuslar yarışa çıxdı... - Foto





A+  A-

Paytaxt ərazisində iki sərnişin avtobusu sürət həddini aşaraq yarışa çıxıb. Belə ki, kadrları lentə alan şəxs idarə etdiyi avtomobili saatda 100 kilometr sürətlə idarə etsə də, avtobusları ötə bilməyib.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, içərisində sərnişin olan avtobusların təhlükəsizlik qaydalarını pozaraq, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) yayılan videogörüntülərlə bağlı bildirilib ki, sözügedən hadisə ilə bağlı tədbir görülüb:

“136 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Status-Avto MMC” və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Ayşən LTD” ötən gün agentliyə çağırılıb. Hər iki daşıyıcının aidiyyəti üzrə izahatları alınıb, daşıyıcılara xəbərdarlıq edilib”.

Xəbər 3212 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +