Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.06.2020  09:43 

“8 ildir işləmirəm, hər şeyimi satmışam”





A+  A-

Aparıcı İlham Mirzəyev müflis olduğunu açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə o, “Bizimləsən” proqramında məlumat verib.

İ. Mirzəyev bildirib ki, ev, maşın, qızıllarını satıb: “Nəyimiz varsa, satıb yeyirik. Bütün əşyalarımızı, qızıl-gümüşümüzü satdıq. Hazırda evimizdə heç kim işləmir. Vəziyyət demək olar ki, 7-8 ildir belədir. Bu illər ərzində əynimə paltar da almamışam. Açıq etiraf edirəm. Maşınlarımı da satmışam, cəmi bir dənə qalıb, o da alıcısını gözləyir.

Televiziya sahəsində çalışmışam, ancaq orada işləyə bilərəm. Psixoloq olduğum üçün başıma oyunlar gəldi. İlk dəfə klinikanı mən açmışdım. İndi o da yoxdur. Hətta “211”lə başlayan nömrələrimi də satdım. Nə etməliyəm? Aciz deyiləm, kiminsə qapısını döyüb pul istəmirəm. Hər qara günün bir işıqlı anı olur.

İki övladım, bir xəstə anam, ailəm var. Anam qol və gözlərindən əməliyyat olundu. Oğlum Türkiyədə universitetə qəbul oldu. Şükür ki, burs qazandı”.

Xəbər 3103 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +