Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.06.2020  14:08 

“Maska cəriməsi 25 manata endirilsin”





A+  A-

“Maska taxmamağa görə fiziki şəxslər üçün nəzərdə tutulan cərimə məbləği 25 manata endirilsin”.
XəzərNews.az xəbər verir ki, bu təkliflə deputat Əli Məsimli parlamentdə çıxış edib. O qeyd edib ki, tələbələr, pensiyaçılar, aztəminatlı insanlar var: “Ona görə də bu cərimənin yarıya endirilməsinə ehtiyac var. Bu günə qədər onlarca insan cərimə edilib. İnsanlar bilməlidir ki, bu cərimələrdən necə istifadə olunacaq?

Onlar bilməlidir ki, bu cərimələr pandemiyaya qarşı mübarizəyə cəlb ediləcək. Təklif edirəm ki, bu vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülsün”.

Milli Məclisin komitə sədri Musa Quliyev də cərimə məbləğlərinin real olmadığını deyib: “Bu rəqəm 20-25 manat arası olmalıdır. Bilirsiniz ki, qanunu pozan adam elə pulu olmayan adamlardır. Pulu olan adam qanunu pozmur”.

Deputat Naqif Həmzəyev də cərimə məbləğinin aşağı salınmasını təklif edib: “Qanunu da ən çox pozan gənclər və tələbələr olacaq. Onların bu pulu ödəməyə gücü çatmayacaq. Eyni zamanda bilirsiniz ki, aptekə gedəndə 3 ədəddən artıq maska verilmir. Marketlərdə satışını həyata keçirməliyik. Sonra kimsə bəhanə gətirməsin ki, maska tapılmadı”.

Xəbər 3406 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +