Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.02.2020  13:06 

Azərbaycanda 6 yaşlı uşaq koronavirusdan öldü?





A+  A-

Azərbaycanda bir neçə gün öncə 6 yaşlı uşağın virus infeksiyasından dünyasını dəyişdiyi iddia olunur. Məlumatlara görə, Bərdə sakini olan uşaq Çində yayılan ölümcül koronavirusa yoluxubmuş. Amma bu gizlədilir.
XəzərNews.az bildirir ki, ölkənin baş pediatrı Nəsib Quliyev Modern.az-a bildirib ki, iddialar tamamilə əsassızdır:

“İstənilən virusdan ölüm halı ola bilər. Xəstəlik fəsadlaşandan sonra ölümlə nəticələnməsi mümkündür. Qızılcanı da virus törədir, qripi də virus törədir. Amma həmin uşaq “koronovirusdan ölüb, gizlədilir” deyilməsi sadəcə insanlar arasında narahatlıq yaratmağa xidmət edir. O uşaq Çində olmamışdısa, çinli ilə təması olmayıbsa, necə koronovirusa yoluxa bilər?

Azərbaycanda koronovirus xəstəliyi və yoluxma aşkarlanmayıb. Varsa da, bunu gizlətməkdə nə məqsəd ola bilər? Bu absurd bir şeydir. Əgər belə xəstəlik aşkarlanıbsa, əhaliyə məlumat verilərdi. Bunu yazanlar sadəcə insanları təşvişə salmaqdan başqa heç nə etmirlər. Ölkədə hər bir qabaqlayıcı tədbir həyata keçirilir. Bizim Çin Xalq Respublikası ilə Rusiya ilə olan kimi kütləvi elə bir ciddi gediş-gəlişimiz də yoxdur. Olan resylər də dayandırılıb”.

N.Quliyev qeyd edib ki, hazırda uşaqlar arasında qripə yoluxma mövsümə uyğundur:

“Heç bir xəstəliyin epidemiyası yoxdur. Xahiş edirəm, insanları təşvişə salacaq şeylər yazılmasın”.

Xəbər 3257 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +