Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


03.02.2020  09:27 

Ayaz Abdullayev seçicilərlə görüşlərini davam etdirir





A+  A-

95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd Ayaz Abdullayev seçicilərlə görüşlərini davam etdirir.
Ayaz Abdullayevin Seçki Qərargahından XəzərNews.az-a verilən məlumata görə, deputatlığa namizəd Tərtər rayonun Mamırlı kənd sakinləri ilə görüşüb.

Görüşdə namizəd, seçicilərin problemlərini dinləyib. Müraciət edənlər kənddə olan bir çox problemləri diqqətə çatdırıblar. Görüşdə seçicilər 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət olunublar.





Deputatlığa namizəd həmçinin rayonunda nüfuz sahibi olan, dəyərli pedaqoq Vaqif Aslanovla görüşüb. Çay süfrəsi arxasında baş tutan söhbət zamanı rayonda təhsilin vəziyyəti, ölkə başçısı İlham Əliyevin təhsilə qayğısı və digər məsələlər müzakirə olunub. V.Aslanov deputatlığa namizəd Ayaz Abdullayevə uğurlar arzulayıb, seçiləcəyi təqdirdə rayonun inkişafı naminə çalışacağına əminliyini ifadə edib.






A.Abdullayev müəlliminin xeyr - duasının və dəyərli məsləhətlərinin bu yolda onun üçün vacib olduğunu bildirib.
A.Abdullayev kimya müəlliməsi Fiturə xanım Nərimanova ilə görüşmək istəyib. Lakin Fiturə xanım hazırda müalicə məqsədilə ölkədən kənarda olduğu üçün görüş baş tutmayıb.
A.Abdullayevin ayrı-ayrı kəndlərdə sakinlərlə və Tərtərin nüfuzlu şəxsləri ilə görüşləri davam edir.







Xəbər 4054 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +