Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.01.2020  13:11 

İçərişəhərdə virtual muzey istifadəyə verilir





A+  A-

Bu ilin ortasında "Bakı xanları evi"ndə virtual muzey istifadəyə veriləcək.
XəzərNews.az-ın məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Sədr əlavə edib ki, muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq.

Ə.Ələkbərovun sözlərinə görə, İçərişəhərdə Böyük Qala 3 və 5 ünvanlarında iki qəzalı vəziyyətdə olan binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Həmin binalarda yaşayan 17 ailənin sakinlərinin hamısı müvəqqəti yaşayış yerləri ilə təmin olunub.

İdarə Heyətinin sədri əlavə edib ki, 2019-ci ildə 3040 rəsmi qonaq üçün tur təşkil edib: "2018-ci ildə bu rəqəm 2075 nəfər idi. Ötən il muzeylərə gələn şəxslərin sayı 383528 nəfər təşkil edib. Əvvəlki illə müqayisədə bu sahədə 30 faizə yaxın artım nümayiş olunub".

Ə.Ələkbərov qeyd edib ki, "Bakı xanları evi"nin restavrasiyasının bu ilin ortalarında bitməsi gözlənilir.

Xəbər 3275 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +