Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.10.2019  12:32 

Şamaxı yolunda ağır qəza - 2 ölü, 3 yaralı





A+  A-

Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustandan keçən hissəsində baş verib.

İki “VAZ” markalı minik avtomobillərin toqquşması nəticəsində biri sürücü olmaqla, iki nəfər hadisə yerində ölüb.

Avtomobildə olan digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Bakı Şamaxı Yevlax yolunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi bəlli olub. Qəza zamanı hadisə yerində ölənlər Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğludur.

Hadisə zamanı xəsarət alanlar,1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğludur.

Xəbər 3425 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +