Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.10.2019  10:20 

Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü





A+  A-

Bərdə rayonunda ölüm hadisəsi baş verib.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Yusifli kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı Məmmədov Səbuhi Əbülfət oğlu kənd ərazisində xidmətdə olarkən yerdən 3,7 metrlik hündürlükdə olan telefon xəttindəki nasazlığı aradan qaldırmaq üçün yaxınlıqda olan ağaca çıxıb. Həmin vaxt ağacın budağı qırılıb və S.Məmmədov ağacdan yıxılıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Xəbər 3369 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +