Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.10.2019  09:57 

Zaqatalada toyda mahnı üstündə dava - 1 nəfər öldü





A+  A-

Zaqatalada baş verən bıçaqlanmanın təfərrüatı məlum olub.
XəzərNews.az xəbər verir ki, hadisə dünən Zaqatala rayon Danaçı kəndində keçirilən toyda baş verib. Məclisdə iştirak edən Abakər Zutov və Abdul Ayalov arasında musiqi və rəqslə bağlı dava düşüb.

Həmin vaxt A. Zutovun oğlu Həmzət A. Ayalova yumruqla sifət nahiyəsinə vuraraq xəsarət yetirib. Toyda iştirak edən şəxslərin köməyi ilə mübahisənin böyüməyinin qarşısı alınsa da, daha sonra ata-oğul A. Ayalovun evinə gedərək söhbəti davam etdirib. Bu zaman A. Ayalov mətbəx bıçağı ilə A. Zutova xəsarət yetirib.

Yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, həyatını qurtarmaq olmayıb.

Faktla bağlı aparılmış ilkin əməliyyat-istintaq tədbirləri nəticəsində Abdul Ayalov saxlanılıb,Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 3409 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +