Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.08.2018  09:46 

İstirahət mərkəzlərinin sahibləri cərimələnib





A+  A-

Bakı şəhərinin Xəzər dənizi sahil zolağında “Ətraf Mühitin Mühafizəsi” və “İstehsalat və Məişət Tullantıları” haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.
XəzərNews.az xəbər verir ki, reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Xəbər 3055 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +