Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.11.2017  16:49 

Bir il əvvəlki cinayətin üstü açıldı





A+  A-

Sabunçu rayonunda fermaya basqın edənlər saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, 28 dekabr 2016-cı ildə iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənova dəmir parçası ilə ona xəsarət yetirərək ondan pul tələb edib.

Həmin şəxslər H.Həsənovun 1400 manatını, iki ədəd ov tüfəngini götürərək qaçıblar.

Hadisənin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub. Ov tüfənglərini basdıraraq gizlətdikləri yer də müəyyən edilib və çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı E.Abbasov və V.Məmmədəliyevin Zaqatala rayonunda da oğurluq cinayətləri etdikləri məlum olub. Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər 3426 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +