Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.08.2017  12:31 

İki nəfəri vurub qaçan sürücü tutuldu





A+  A-

Tovuz rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, avqustun 25-də saat 20 radələrində Qovlar-Zəyəm avtomobil yolunun Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq azyaşlı piyadalar - 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlunu və 2007-ci il təvəllüdlü Məmmədova Əfsanə Elşən qızını vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən vəfat etmələri faktına görə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin VAZ 2107 markalı, 44 BO 067 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü, Şəmkir rayonunun, Sabirkənd kənd sakini, 1953-cü il təvəllüdlü Vəliyev Əbülfət Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbər 3163 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +