Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.06.2017  23:57 

Hamilə qadın özünü maşının altına atdı





A+  A-

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, Mingəçevir şəhər sakini Eyvaz Abdullayev idarə etdiyi 10-BT-148 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən 1993-cü il təvəllüdlü Məmmədova Günel Güloğlan qızını vurub.

Hadisə qadının yaşadığı evin qarşısındakı küçədə baş verib. Baldır və kürək nahiyəsindən xəsarətlər alan G. Məmmədova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub.

Xəstəxanadan bildirilib ki, qadın hamilədir və hadisə nəticəsində onun bətnindəki uşağın səhhətində problem yaranmayıb. Şəhər sakinlərinin sözlərinə görə, qadın əsəbi halda evdən qaçaraq küçəyə çıxıb və özünü qəsdən hərəkətdə olan avtomobilin qarşısına ataraq intihara cəhd edib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər 2822 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +