Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.05.2017  23:54 

Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildi





A+  A-

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
XəzərNews.az xəbər verir ki, Gözəl Bayramlı bir müddət öncə Sabail rayon Məhkəməsi qarşısına çıxarılıb. Məhkəmənin qərarına əsasən, G.Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Gözəl Bayramlı dünən axşam Gürcüstandan Azərbaycana qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması barədə məlumat yayıb. Məlumata görə, mayın 25-də saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Xəbər 3497 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +