Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.02.2017  23:51 

Məşhur MTN generalının ölkədən çıxışına qadağa qoyulub





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi olmuş, general-mayor Mövlam Şıxəliyevin ölkədən çıxışına qadağa qoyulub.
Bu məlumatı polkovnik-leytenant Vüsal Ələkbərovun məhkəməsində M.Şıxəliyev özü deyib.

O, bu işdə zərərçəkən olan Akif Qurbanovun epizodu üzrə şahid qismində dindirilib. M.Şıxəliyev həmin vaxt A.Qurbanova “STOP” qoyulması barədə danışarkən bunu deyib:

“Mən vəzifədə olanda təşkilatı işlərə baxırdım. Ölkədən çıxışına “stop” qoyulan adamların siyahısı mənə göndərilirdi. Onların kim olması ilə maraqlamamışam. Ümumi qərar qəbul etmişəm, həmin adamların arasında qohumum da olsaydı, tanıya bilməzdim. İndi mənim özümün də ölkədən çıxışıma “stop” qoyulub”.

Zərərçəkmişlərin məhkəmədən M.Şıxəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsi tələbinə hakim Siyavuş Hacıyev belə cavab verib:

“Mövlam Şıxəliyevlə bağlı məsələ yaransa, hökmdə prokurorluğa müraciət oluna bilər. Vüsal Ələkbərova “mütəşəkkil dəstə tərkibində” ittihamı verilib. Bu olan halda Vüsal Ələkbərov mütəşəkkil dəstənin üzvü sayılır. Ola bilsin ki, kimlərinsə prokurorluqda istintaqı davam edir. Bizim bu barədə məlumatımız yoxdur”.

Qeyd edək ki, 2013-cü ildə MTN tərəfindən biznesmen Akif Qurbanovun ölkədən çıxışına “stop” qoyulub və nazirliyin əməkdaşları tərəfindən şantaj edilərək 1 milyon manat tələb edilib.

(qafqazinfo.az)

Xəbər 5943 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +