Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.02.2017  18:06 

Dəm qazından öldüyü deyilən bacılar qətlə yetirilibmiş - Zorakılıqla





A+  A-

Gəncədə dəm qazından zəhərlənərək öldükləri bildirilən iki bacının qətlə yetirildiyi məlum olub.
XəzərNews.az-ın Report-a istinadən məlumatına görə, hadisə fevralın 22-də Kəpəz rayonun Qırmızı kənd ərazisində, Abdulla Sur küçəsində baş verib.

Belə ki, həmin küçədə yerləşən evlərdən birində iki bacının - 70 yaşlı Zəhra Abdullayevanın və 57 yaşlı Rəna Nəbiyevanın meyiti tapılıb.

Hadisə üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, R.Nəbiyeva və Z.Abdullayeva qətlə yetirilib. Məlumata görə, hər iki meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

İlkin ehtimala görə, hadisə oğurluq və ya quldurluq zamanı törədilib. Cinayətkar şəxs və ya şəxslər izi itirmək məqsədi ilə evdən çıxarkən otaqdakı qazı açıq qoyub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.



Xəbər 5504 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +