Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.02.2017  14:16 

Gömrükçülər külli miqdarda siqaret müsadirə etdi





A+  A-

Gəncə Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "Hyundai Tucson" markalı minik avtomobili Gəncə şəhərinin Kəpəz rayonu, Dədə-Qorqud küçəsində saxlanılıb.

Avtomobilə baxış zamanı Azərbaycan Respublikasının aksizi ilə markalanmamış 20 min ədəd "Dubao RED" adlı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 5264 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +