Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.02.2017  13:22 

“297 nəfər axtarışa verilib, heç biri tutulmayıb” - Hərbi prokuror





A+  A-


“1988-ci ildən bəri Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz edilib. Təkcə Xocalıda deyil, Azərbaycanın digər ərazilərində də qırğınlar törədilib. Yeni hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsi Hərbi Prokururluqda öyrənilib”. 

XəzərNews.az xəbər verir ki , bunu Azərbaycan hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib. 

Xanlar Vəliyev Ermənilərin törətdikləri cinayətlərlə bağlı 2005-ci il mayın 5-dən etibarən cinayət işinin başladıldığını deyib. 

“Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 297 nəfər axtarışa verilib, onların barəsində həbs qərarı çıxarılıb: 

“Bu günə qədər onların heç biri tutulmayıb. Bu da ikili standartların bariz nümunəsidir. Beynəlxalq İnterpol təşkilatı da eyni mövqedə durub”. 

Daha sonra isə hərbi prokuror qanun layihəsindəki bəzi detallarla bağlı fikrini açıqlayıb. O, redaktə tipli dəyişikliklərin olmasının vacib olduğunu qeyd edib. 



Xəbər 3081 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +