Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.12.2025  17:21 

Qüdrət Həsənquliyevin müavinini təhqir etdi





A+  A-

“Sərdar Cəlaloğolu yenə qatıqlayıb. Qüdrət bəy Azərbaycan Xalq Cəbhəsi Partiyasında Elçibəyin müşaviri, Rəyasət Heyətinin üzvü olub, Əli Kərimli ilə yolları 2001-ci ildən ayrılıb”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi Niyaməddin Orduxanlı bildirib.

O qeyd edib ki, amma həmin dövrdən sonra Sərdar Cəlaloğlu dəfələrlə Əli Kərimli ilə eyni siyasi blokda təmsil olunub:

“İctmai siyasi həyatda şər qüvvə kimi tanınan bu ünsür, pəncərəsinə qaşıq çırpılan tək partiya sədridir! Rəsul Quliyev bu avantürüstün çevriliş palanlarına inanıb Bakıya dönsəydi indi həbsdə çürüyürdü”.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, "Əli Kərimli-Ramiz Mehdiyev" əlaqələri ilə bağlı Milli Şura üzvlərinin istintaqa cəlb olunmasını vacib sayıb.

O, eyni zamanda təklif edib ki, Əli Kərimlinin vaxtilə müavini olmuş və hazırda Milli Məclisin deputatları olan - Fazil Mustafa, Qüdrət Həsənquliyev və Əli Məsimli də istintaqa cəlb edilsin. S.Cəlaloğlu bu şəxslərin vaxtilə Ə.Kərimlinin maliyyələşdirilməsi və onunla Ramiz Mehdiyev arasında rabitəni təmin etdiklərini söyləyib.//Yeni Sabah

Xəbər 853 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +