Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.12.2025  16:21 

ARKA “Məhsəti” filmini niyə qeydiyyata almayıb? - Açıqlama





A+  A-

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın “Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib.

XəzərNews.az xəbər verir ki, agentlik bu barədə açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, rejissor və ssenari müəllifi Suad Qaranın (Qarayeva) hazırladığı ekran əsərində ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir.

“Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.

Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.

Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.

Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Bədii Şurası tərəfindən “Məhsəti” filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib”.

Qeyd edək ki, “Məhsəti” filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçiriləcək Bakı Beynəlxalq Film Festivalından çıxarılıb. Bu barədə məlumatı filmin rejissoru Suad Qarayeva yayıb.

Xatırladaq ki, S.Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.


Xəbər 738 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +