Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.12.2025  15:32 

Şahin Şıxlinskiyə ömürlük həbs cəzası verilə bilər





A+  A-

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, iş adamı Şahin Şıxlınskiyə qarşı iki qətlin təşkili və saxlanılma zamanı güc strukturu əməkdaşına zor tətbiqi ilə bağlı qaldırılmış üç cinayət işi üzrə istintaq başa çatıb.

XəzərNews.az Rusiya mediasına istinadən xəbər verir ki, ittiham materialları məhkəməyə təqdim edilib. Sözügedən maddələr üzrə təqsirli bilinərsə, Şıxlınskiyə ömürlük həbs cəzası verilə bilər.

Onun oğlu Mutvalı Şıxlınski isə hüquq-mühafizə orqanı əməkdaşına zor tətbiq etməkdə ittiham edilir. Bu maddə üzrə ona 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.

Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.

O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.

Şahın Şıxlinskinin oğlu Mutvalı da Yekaterinburqda həbs olunub. O, 15 iyulda hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə saxlanılıb.

Xəbər 1706 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +