Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.12.2025  13:34 

Hikmət Hacıyev: Biz İranı qonşu, tərəfdaş kimi görürük





A+  A-

Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini genişləndirməyə önəm verir.

XəzərNews.az xəbər verir ki, bu barədə “EU Today"a Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O, İranda Azərbaycan səfirliyində törədilən hücumla bağlı danışıb.

Hikmət Hacıyev xatırladıb ki, hücumu törədən şəxs İran qanunlarına əsasən mühakimə olunub və Azərbaycan İranla münasibətlərdə bu səhifəni tamamilə çevirib.

Prezidentin köməkçisi iki ölkə arasındakı münasibətləri normal və stabil qiymətləndirib, eyni zamanda, Azərbaycan lideri və onun iranlı vəzifədaşı Məsud Pezeşkian arasında şəxsi münasibətin istiliyinə diqqət çəkib.

Azərbaycan Prezidentinin köməkçisi Araz çayı üzərində Ağbənd-Kəlalə körpüsü ilə İranın rəsmi Bakının geniş konnektivlik planlarında yer aldığını, bu layihənin strukturunun 2025-ci ilin sonuna qədər yekunlaşacağını vurğulayıb.

"Biz İranı qonşu, tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrimizi genişləndirməyə önəm veririk", - Hikmət Hacıyev qeyd edib.

Xəbər 1643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +