Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


29.11.2025  10:45 

Satılmayan məhsullar “Qara cümə“də necə satılır?





A+  A-

"Qara cümə" ("Black friday") Amerika Birləşmiş Ştatlarında noyabr ayının sonuncu cümə günü, Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır.

1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Həmin gün bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir. Məşhur şirkətlər öz məhsullarını 80%-ə qədər güzəştlərlə satırlar.

Azərbaycanda isə "Qara cümə" ərəfəsində ya endirimlər az olur, ya da endirim varmış kimi qələmə verilir. Vətəndaşlar daha çox köhnə, çoxdan qalan malların endirimə çıxarılmasından narazıdırlar.

Buna baxmayaraq, endirim dövrü ilə bağlı müsbət fikirlər də var. Sakinlərdən biri bildirib:

"Belə deyək, yararlı endirimlər də olur. Məsələn, lazımlı məhsullara da güzəştlər tətbiq edilir, ona görə də müştəri axını çoxdur".

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini bölüşüb. O, istehlakçıların aldadılmaması üçün sahibkarları rəqabət qaydalarına riayət etməyə çağırıb:

"Burada əsas məqam ondan ibarətdir ki, "Qara cümə" zamanı vətəndaşların aldadılması prosesi olmasın, sahibkarlar Rəqabət Məcəlləsindəki tələblərə uyğun olaraq, yalan mesajlar verməsinlər".

Daha ətraflı Baku TV-nin videomaterialında:



Xəbər 1696 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +