Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.11.2025  15:28 

“Stil Mebel“ şirkətinin “sahibi“ndən 2000 manatlıq dələduzluq





A+  A-

"Stil Mebel” şirkətinin adından dələduzluq edən şəxsə hökm oxunub.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə olunan Sahil Əliyevə (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Sahil Əliyev bundan əvvəl Abşeron Rayon Məhkəməsinin hökmü ilə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün cəzalar qismən toplanılıb və ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığılnda olduğu cəmi 2 ay 19 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarına görə Sahil Əliyev zərərçəkmişə özünü "Stil Mebel” şirkətinin sahibi kimi təqdim etməklə ondan sifariş götürüb və beh olaraq 2000 manat alıb. Lakin sonradan qarşı tərəf onun yalan danışdığını anlayıb və polisə müraciət edib.

Sahil Əliyev bir neçə dəfə aidiyyəti üzrə polis bölməsinə çağırılsa da, getməyib. Daha sonra polis əməkdaşları onu saxlayıb.

Məhkəmə zamanı Sahil Əliyev özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Lakin ibtidai istintaq zamanı bunun əksinə ifadə verib. Deyib ki, verdiyi vədə əməl etəməyib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.

Xəbər 547 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +