Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.11.2025  18:02 

Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan





A+  A-

Azərbaycan ərazisindən keçməklə Ermənistana gətirilən Rusiya buğdası Qida Təhlükəsizliyi Xidməti tərəfindən yoxlanılacaq.

XəzərNews.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Qida Məhsullarının Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya, Konsaltinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anuş Arutyunyan deyib.

O, prosesin ümumi olduğunu və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində həyata keçirilən bütün tranzitlərdə məhsulların yoxlanıldığını bildirib:

“Fitosanitar ekspertiza üçün nümunə götürüləcək və beləliklə məhsulun keyfiyyəti yoxlanılacaq. Aİİ ölkələri arasında yükdaşıma qaydası var, buna görə sərhəd nəzarəti həyata keçirilmir. Lakin yük boşaldıldığı yerdə yoxlanılacaq”.

Qeyd edək ki, Azərbaycan tərəfi Rusiya buğdasının əvvəlcə ölkə ərazisi, sonra Gürcüstandan keçməklə Ermənistana çatdırılmasına icazə verib.

Xəbər 882 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +