Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.10.2025  09:55 

Poliklinika var, amma rentgen aparatı işləmir





A+  A-

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 15 saylı uşaq poliklinikasında rentgen aparatı işləmir.

XəzərNews.az xəbər verir ki, bu barədə vətəndaşlar "Xəzər Xəbər"ə müraciətində qeyd ediblər.

Onlar bildiriblər ki, Bayılda yerləşən 15 saylı uşaq poliklinikasında bu vəziyyət uzun müddətdir davam edir.

İstər müayinələr üçün poliklinikaya müraciət etməli olan, istərsə də uşağı qəfil xəsarət alan valideyn məcbur olur ya daha uzaq məsafəyə yollansın, ya da özəl xəstəxanaya üz tutsunlar.

Məsələ ilə bağlı TƏBİB-dən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 15 nömrəli uşaq poliklinikasında fəaliyyət göstərən rentgen avadanlıqlarının yenilənməsi istiqamətində işlər sürətləndirilib. Sözügedən tibb müəssisəsi yaxın günlərdə yeni rentgen və digər tibbi avadanlıqlarla tam təchiz ediləcək. O da qeyd edildi ki, vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin olunması və tibbi xidmətlərin gecikməməsi üçün vətəndaşlar müvəqqəti olaraq qeyd edilən müayinələr üçün yaxınlıqda olan digər ilkin səhiyyə xidməti müəssisələrinə yönləndirilirlər.



Xəbər 2865 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +