Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.08.2025  13:08 

“AL SARAY” restoranında qanunsuz tikinti həyata keçirilir?





A+  A-

Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “AL SARAY” restoranında qanunsuz tikinti həyata keçirilir.

XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda bildirilir ki, “AL SARAY” restoranının həyətində ağaclar məhv edilərək əlavə otaqlar tikilir.

Qeyd edək ki, restoranın həyətində inşa işlərinin aparılması ilə bağlı heç bir rəsmi icazə yoxdur. Tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmayıb.

İddia olunur ki, “AL SARAY” restoranında qanunsuz tikinti işlərini aparan Natiq adlı şəxs ağacların kəsilməsini qeydə alan jurnalistin fəaliyyətinə kobud şəkildə mane olaraq onun vəsiqəsini yararsız hala salıb.

Qanunsuz tikinti ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün olmayıb.

Xəbər 3221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +