Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.07.2025  11:47 

“Şəhid bulağından su daşıyırıq...” - Video





A+  A-

Bir neçə gündür Bakının bəzi ərazilərində içməli suyun verilməsində problem yaranıb.

XəzərNews.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.

Yeni Günəşli qəsəbəsində AB massivinin sakinləri günlərdir suyun verilməməsindən şikayətçidirlər: “Əvvəl saatla verilirdi, indi artıq saatla da verilmir. Camaat yığışıb su idarəsinə gedib, deyiblər ki, indi zəmanə belədir”.

Sakinlər saatlarla qaynar xəttə zəng etdiklərini, lakin düşə bilmədiklərini söyləyiblər.

Qeyd edilib ki, Nəsimi rayonu 4-cü mkr ərazisində də içməli su vaxtından əvvəl kəsilir: “Mir Cəlal küçəsi 44 ünvanında qalırıq. Gedib 2 kilometr aralıda şəhid bulağından su gətiririk...”

Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsinin sakinləri də suyun binalara balanslı şəkildə verilmədiyini deyiblər. Bəzi binalara su qrafiklə verilsə də, bəziləri daimi su ilə təmin olunur. Binalarda su çənlərinin olmaması da vəziyyəti çətinləşdirir.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbiidir: “Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır”.

Daha ətraflı süjetdə:



Xəbər 2710 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +