Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


10.07.2025  14:11 

Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO





A+  A-

Azərbaycanda filmləri xatırladan inanılmaz hadisə baş verib. Goranboy rayon sakini Şəhruz Əliquluyev iş tapmaq ümidi ilə yola çıxıb, nəticədə özünü Rusiya-Ukrayna müharibəsinin mərkəzində tapıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Ş. Əliquluyevin kəndçisi Rəşad Allahverdiyev BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, Şəhruz təxminən 15 gün əvvəl "işə düzəldirik" vədi ilə Rusiyaya aparılıb. Lakin çox keçmədən ailəsi və kənd sakinləri şok vəziyyətə düşüblər. Şəhruz videomüraciət yollayaraq bildirib ki, hazırda poliqonda saxlanılır və yaxın zamanda müharibəyə göndəriləcək:

"Şəhruz nə ali təhsil alıb, nə də oxuma-yazma bacarığı var. İndiyədək heç vaxt Rusiyada olmayıb. Oxumağı-yazmağı bilmədiyinə görə qarşısına müharibəyə qatılmaq ilə bağlı sənəd qoyublar, yalandan deyiblər işə qəbul üçün kağızdır. Şəhruz da oxumadan imzalayıb".

Kənd sakini onu da qeyd etdi ki, Şəhruz Əliquluyev ailəlidir, 2 övladı var.

Hazırda o, rəsmi orqanlara müraciət edərək Azərbaycana geri qaytarılmasına yardım göstərilməsini istəyir.



Xəbər 2392 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +