Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


09.07.2025  12:01 

Fərqlənmə attestatı olmayan məzunların xaricdə təhsil məsələsinə aydınlıq gəldi





A+  A-

Qızıl və gümüş nişanlarla bağlı sənədləşmə yekunlaşır

XəzərNews.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Daha sonra yerli təhsili idarəetmə orqanları tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilir.

"Xatırladaq ki, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır.

Qeyd edirik ki, xarici ölkələrdə təhsil almaq niyyətində olan şagirdlər yerli təhsili idarəetmə orqanlarına müraciət edərək, müvəqqəti attestat almaqla müvafiq prosedurlardan keçə bilərlər. Məsələ ilə bağlı yerli təhsili idarəetmə orqanlarına məlumat verilib", - məlumatda qeyd olunub.



Xəbər 2296 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +