Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı
Mahirə Hüseynova ermənilərə cavab verdi - FOTO
Möminə xatun türbəsi bərpa olunacaq - Sərəncam
“Şəmkir Un-Yem” MMC-nin direktoru həbs edilib


15.11.2019  11:43 

Bu gündən Bakıya istilik verilir





A+  A-

2019-2020-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq, istilik təchizatı obyektlərinin mövcud qazanxana, istilik şəbəkələri, magistral və məhəllədaxili istilik kəmərləri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası davam etdirilib.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

R.Əliyevin sözlərinə görə, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabrdan, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabrdan başlanılıb:

“Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilir. Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin olunub”.

Xidmət rəisi qeyd edib ki, tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb:

“530 odluq təmir olunub, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir edilib, 1190 qazan mexaniki və kimyəvi üsullara təmizlənib, qazanlarda 1810 m2 izolyasiya örtüyü təmir olunub. İstilik şəbəkələrində 22780 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12915 ədədi əsası və cari təmir edilib, 825 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili istilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11020 m2 dam örtüyü təmir edilib. Bundan başqa, 553 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 34 ton kationit materialları dəyişdirilib. İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətlərinin olduğu nəzərə alınaraq, 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 371.2 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

Bundan başqa, 1895 ədəd qoruyucu klapan və 2250 ədəd əks klapan, 515 ədəd ehtiyyat su çəni təftiş və təmir olunmuş, 2970 ədəd çirktutan təmizlənmiş və 535 ədəd qaz təsərrüfatı təftiş olunaraq 150 km qaz xətti yoxlanılıb”.

Xəbər 1942 dəfə oxunub.



22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir

21.05.2025  16:15 

Abituriyentlərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +