“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


03.03.2018  15:09 

Bakıda yarmarkalar fəaliyyətə başladı - ÜNVANLAR





A+  A-

Novruz bayramı ərəfəsində paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti satış-yarmarkaların təşkilinə start verib.
ASC-dən XəzərNews.az-a verilən məlumata görə, yarmarkalar Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, 59 (Təzə bazarın aşağı hissəsi), Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 207 (“İdeal” şadlıq sarayının yanı) ünvanlarında təşkil olunur. Həmçinin, Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı) və Yeni Günəşli qəsəbəsi (“Günəş” ticarət mərkəzinin ərazisi) ünvanlarında yarmarkalar keçiriləcək.

Yarmarkalarda əhaliyə təklif olunan məhsullar ASC-nin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda, öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilati dəstək verilib.

Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

Səhmdar Cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20 faiz ucuz satılacaq. Yarmarkalar mart ayının sonuna qədər fəaliyyət göstərəcək.

Xəbər 2154 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +