Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


30.05.2020  13:16 

Almaniyada 8 489 nəfər koronavirusdan öldü





A+  A-

Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 738 nəfər artıb, 39 insan ölüb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 181 196 yoluxma qeydə alınıb. COVID-19-dan 8 489 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 165 minə yaxın pasiyent sağalıb.

Almaniyada koronavirusa ən çox yoluxma halları Bavariya da qeydə alınıb. Burada 46 854 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliya da 37 910, Baden-Vürtemberqdə 34 718 nəfər virusdaşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 767 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Xəbər 3365 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +