İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib
İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq etdi
Roma Papası İran və İsrailə çağırış etdi
Üç iranlı nüvə alimi sağ çıxa bilməyib - KİV
Kirmanşah, Xürrəmabad və Marağada... -Partlayış səsləri


11.05.2025  20:05 

Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar





A+  A-

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin doğumunun 102-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları, yerli azərbaycanlı diaspor nümayəndələri və digər qonaqlar iştirak edib.

XəzərNews.az xəbər verir ki, tədbirdə çıxış edən səfir Zaur Əhmədov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqilliyinin möhkəmlənməsində oynadığı misilsiz rolundan danışıb. Səfir bildirib ki, Heydər Əliyev həm Sovet dövründə, həm də ölkənin müstəqillik illərində xalqına xidmət edərək dövlətin dayanıqlı təməl üzərində qurulmasına nail olub:



“Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki onun əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz onun rəhbərliyi ilə ölkəmiz öz torpaqlarını işğaldan azad edərək və ərazi bütövlüyünü bərpa edib”.

Tədbirdə Heydər Əliyevin siyasi fəaliyyətini və tarixi irsini əks etdirən videoçarx nümayiş olunub.



Daha sonra İsveçdə yaşayan tanınmış pianoçu Aynur Məlikova Ulu Öndərin Azərbaycan mədəniyyətinə və musiqisinə verdiyi töhfələri xüsusi qeyd edib.

“Heydər Əliyev Azərbaycan musiqisinin beynəlxalq miqyasda tanınması üçün böyük səy göstərmişdir”, – deyə sənətçi bildirib.

Tədbirin sonunda Aynur Məlikova Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirov kimi klassik bəstəkarların əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.



Xəbər 1726 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +