YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


16.07.2021  09:11 

Daha bir ölkədə daşqın fəlakəti - 11 nəfər öldü





A+  A-

Belçikanın cənubunda son 20 ilin ən güclü daşqını nəticəsində 11 nəfər həyatını itirib.
Bu barədə XəzərNews.az RTBF telekanalına istinadən xəbər verir.

Məlumata görə, qayıqları palçıqlı axında çevrilən üç xilasedici itkin düşmüş hesab olunur.

Belçikanın cənubunda yerləşən Valloniya bölgəsində daşqın çərşənbədən cümə axşamına keçən gecə başlayıb, vəziyyət tez bir zamanda pisləşib. Son sutkada ölkədə aylıq normadan 1,5 dəfə artıq yağıntı düşüb.

Valloniyada onlarla yaşayış məntəqəsi tamamilə su altında qalıb. Xüsusilə Lyej, Limburq əyalətləri zərər çəkib. Şəhərlərin küçələrində suyun səviyyəsi 50-60 santimetrə, bəzən isə 1 metrə çatır. 20-dən çox ev palçıqlı axın nəticəsində dağılıb. Xilasedicilər insanları evakuasiya etmək üçün mühərrikli qayıqlar və vertolyotlardan istifadə edirlər.

Almaniyada isə daşqın qurbanlarının sayı 58 nəfərə çatıb.

Xəbər 1922 dəfə oxunub.




19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +